Tehranda Fidanın yolunu gözləyirlər - Cənubi Qafqazla bağlı fərqli rəylər üst-üstə düşəcəkmi?

saytların hazırlanması

Evə çatdırılma

Tehranda Fidanın yolunu gözləyirlər - Cənubi Qafqazla bağlı fərqli rəylər üst-üstə düşəcəkmi?

Siyasət

30 Noyabr 2025 13:36 509


Bu gün Türkiyə XİN rəhbəri Hakan Fidanın İranın yeni administrasiyası dövründə İrana ilk rəsmi səfəri baş tutmalıdır.

"Yeni Sabah" xəbər verir ki, rəsmi IRNA informasiya agentliyi Məsud Pezeşkianın prezident seçilməsindən sonra gerçəkləşəcək səfərin xüsusi əhəmiyyətini vurğulayıb.

Agentliyin təhlilində İran-Türkiyə münasibətlərindəki davamlı enişlərdən təxminən 1 il sonra Hakan Fidanın Tehrana gəlişi ilə nəzərdən keçiriləcək məsələləri sadalanıb. Cənubi Qafqaz müzakirə gündəliyində ayrıca bənddir. Dominos pizza

Hakan Fidan və Abbas Əraqçi budəfərki görüşündən əvvəl Türkiyə XİN rəhbəri ötən ilin avqustunda prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana səfər etmişdi. Nazirlər buna qədər "3+3" regional toplantısında da qarşılaşıblar. Bundan əlavə, hər iki şəxs arasında bir neçə telefon danışığı baş tutub. Bu telefon məsləhətləşmələrində Fələstin, Suriya, habelə Cənubi Qafqaz mövzuları diqqət mərkəzində olub.

"Azərbaycanla Ermənistan arasındakı münasibətlərdəki gərginliklə bağlı son illər Qafqaz regionunda siyasi proseslər İran və Türkiyə münasibətlərində həmişə mühüm yer tutub. Bu xüsusda Tehranın Bakı və İrəvanla əlaqələrində balans, habelə şimal sərhədlərində sabitlik və təhlükəsizlik yaratma cəhdləri, sərhəd gərginliyi zamanı Ankaranın Bakıya hərtərəfli dəstək verməsi, Suriyada olduğu kimi, bu regionda dəhliz yaradılmasına iki ölkənin fərqli baxışlarını qeyd etməyə dəyər", - IRNA-nın təhlilində qeyd olunur.

"Bütövlükdə demək olar ki, son 1 ildə İran-Türkiyə münasibətləri fikir ayrılıqlarının və rəqabətlərin ağıllı idarə olunması ilə yanaşı, həm də strateji yaxınlaşma modeli təqdim edib. Fidanın bugünkü səfəri də bunun simvolu olacaq", - təhlildə vurğulanıb.

İbrahim Məmmədov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!