İran dövlət televiziyası (IRIB) gecə saatlarında paytaxtda iğtişaşçıların törətdiyi dağıtdı və talamalara dair kadrları yayımlayıb.
"Yeni Sabah" xəbər verir ki, həmin kadrlarda yandırılmış avtomobillərlə yanaşı, Tehranın Əl-Rəsul məscidinə də od vurulduğu və hazırda yanğının söndürüldüyü görünür.
Qeyd edək ki, dekabrın 28-də İranın paytaxtı Tehranda sahibkarların təşəbbüsü ilə başlayan aksiyalar qısa müddət ərzində ölkənin 30-dan çox vilayətinə yayılıb. Küçələrə çıxanlar qiymət artımlarına etiraz edirlər. Marqarita pizza
İran İnsan Haqları Təşkilatının məlumatına əsasən, iğtişaşlar zamanı 2 minə yaxın şəxs həbs edilib, etirazçılardan 29 nəfər öldürülüb, 64-ü yaralanıb.
İranın dövlət mediasının iddiasına görə isə, aksiyalar başlayandan bəri təhlükəsizlik qüvvələrini təmsil edən 295 nəfər yaralanıb.
Telegram kanalımız