“Ali təhsilin keyfiyyətini qoyuram qırağa, təbii ki, bu məsələdə böyük problemlər var, amma, həcm və say olaraq da, Azərbaycanda ali təhsilli insanların faiz nisbəti qonşulardan azdır.
Azərbaycanda 25 yaşdan yuxarı əhalinin cəmi 17,67%-nin ali təhsili (bakalavr və daha yuxarı) var, Gürcüstanda bu göstərici 33,69%, Ermənistanda isə 24,9%-dir”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri öz “Facebook” səhifəsində iqtisadçı Natiq Cəfərli yazıb. O bildirib ki, Azərbaycanda ən yaxşı halda ali təhsil pulsuz olmalıdır: Toyuqlu pizza
“Gürcüstanda ən yaxşı göstərici olmasına baxmayaraq, hökumət bu rəqəmdən də razı deyil, ona görə, gələn ildən Dövlət Ali Məktəblərinin hamısında, Dövlət dilində təhsil tam pulsuz olacaq.
Ermənistanda da buna bənzər addımların atılmasına hazırlıq gedir.
Azərbaycanda isə, məsələn, 2023-cü ildə ümumilikdə 8631 nəfər, əsasən də, təhsil haqqının ödəyə bilmədiyinə görə Universitetlərdən xaric ediliblər.
İllər öncə imza topladıq, hökumətə təklif verdik ki, Dövlət Universitetlərində Dövlət dilində ali təhsil pulsuz olsun – dinləmədilər. Nəticə olaraq bu gün Azərbaycan olaraq tək iqtisadi göstəricilərinə görə deyil də, həm təhsil göstəricilərinə görə qonşularımıza uduzuruq və bu məsələlər bir-birinə çox bağlıdır – təhsil səviyyəsi iqtisadi göstəricilərə birbaşa təsir edir...”
Nazim Hacıyev
Telegram kanalımız