Təhsil naziri qan verdi

saytların hazırlanması

Evə çatdırılma

Təhsil naziri qan verdi

Sosial

08 May 2019 11:24 1008


8 may Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Təhsil Nazirliyində qanvermə aksiyası keçirilib. 

Bu barədə "Yeni Sabah"a nazirlikdən məlumat verilib. 

Aksiyada Təhsil Naziri Ceyhun Bayramov, nazirliyin kollektivi və tabe qurumların əməkdaşları iştirak ediblər. pizza mizza

Qanvermə aksiyası Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub.

Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər.

Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə edilməsi üçün Mərkəzi Qan Bankında toplanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!