Telekanallarda səviyyəsiz verilişlər:   “Günahkar aparıcılar deyil, tamaşaçılardır!“

saytların hazırlanması

Evə çatdırılma

Telekanallarda səviyyəsiz verilişlər: “Günahkar aparıcılar deyil, tamaşaçılardır!“

Şou

01 İyun 2022 11:55 9506


“Ümumiyyətlə, biz cəmiyyət olaraq televiziyalardan çox şey istəyirik, çox şey gözləyirik”.

Bu sözləri Yenisabah.az-a tanınmış teleaparıcı Turan İbrahimov deyib.

Son vaxtlar telekanallarda hətta ciddi imici olan adamların belə efirə çıxanda ucuz şou yaratmasından danışan aparıcı bunun cəmiyyətin tələbi olduğunu bildirib: Sezar pizza

“Dövlət və İctimai Televiziyanı kənara qoymaqla, özəl telekanallar reytinqə işlədikləri üçün kütlənin, cəmiyyətin zövqünə uyğunlaşmağa çalışırlar ki, baxılsınlar. Cəmiyyətimizin də zövqü məlumdur. Siz sosial şəbəkələrdəki “fenomenlərə” baxın, görün kimlərdir və nələr trendə çevrilir, kimlərin hansı yüngül hərəkətləri, əqli çatışmazlığı, fiziki qüsuru ön plana çıxarılaraq izlənir, alqışlanır, məsxərəyə çevrilir, bir sözlə, baxılır. O zaman başa düşəcəksiniz ki, özəl televiziyalar, hətta insanların “ciddi” dediyi aparıcılar bu və ya başqa şəkildə nə üçün yüngüllüyə gedirlər. Onlar buna məcburdurlar, buna məhkumdurlar. Onlar var olmaq, hansısa formada gəlir əldə etmək üçün çalışır, bu da nəticədə onları məcbur edir ki, cəmiyyətin zövqünün səviyyəsinə düşsünlər”.

Turan İbrahimov qeyd edib ki, ekranlarda “şoumen”ə çevrilən aparıcıların günahkarı məhz cəmiyyətdir:

“Cəmiyyətin səviyyəsi özəl televiziyaları o yüngüllüklərə məcbur edir. Günahkar televiziyaların rəhbərləri, yaxud aparıcılar deyil. Günahkar cəmiyyətdir! O cəmiyyət ki, danışanda yüksək dəyərlərdən, ciddiyyətdən, müəyyən etik kodeksdən danışır, amma fakt sübut edir ki, onların maraq dairəsi tamamilə başqa, həddən çox aşağı şeylərdir”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!