“Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başladı

saytların hazırlanması

Evə çatdırılma

“Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başladı

Sosial

07 Fevral 2025 10:12 355


Bu gündən – 2025-ci il fevralın 7-dən etibarən Azərbaycanda yeni media quruluşu – müstəqil “Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başlayıb.

“Yeni Sabah” xəbər verir ki, “Teleqraf” Media Qrupuna daxil olan agentlik “Gündəlik Teleqraf” qəzeti və Teleqraf.com saytının bazasında formalaşdırılıb. Teleqraf.com 2012-ci ildən fəaliyyət göstərir və kifayət qədər geniş oxucu auditoriyasını əhatə edir. Bundan sonra isə oxuculara informasiya agentliyi kimi xidmət edəcək.

Agentlik hazırda “az” domenini (Teleqraf.az) istifadə etsə də, “com” domeni də aktivdir və hər iki domenlə agentliyin saytına daxil olmaq mümkündür. Marqarita pizza

Kollektivin hədəfi beynəlxalq standartlara uyğun format, dəqiq və qərəzsiz xəbər istehsalı ilə Azərbaycan informasiya mühitini gücləndirmək və yeniləməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!