Bu ilin oktyabrın əvvəlində Rusiyanın verdiyi beynəlxalq order əsasında Monteneqroda saxlanılan və siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılan azərbaycanlı iş adamı Telman İsmayılovun yeni fotosu yayılıb.
Yenisabah.az xəbər verir ki, fotonu jurnalist Eynulla Fətullayev özünün feysbuk hesabında paylaşıb.
Bu, AST Telmanın azadlığa çıxdıqdan sonra yayımlanan ilk fotosu olub. Dominos pizza
“Telman İsmayılovla Qarabağın azad olunmasının 1 illiyini qeyd edirik. Telman müəllimin evi Azərbaycanın bayraqları ilə bəzədilib” - deyə jurnalist qeyd edib.
Fotoda İsmayılovun xeyli dəyişdiyi, saçlarının tamamən ağardığı diqqəti cəlb edir.
Telegram kanalımız