Təltif olunanlar arasında o da var -  Əməkdar məşqçi, Əməkdar İdman Ustası...

saytların hazırlanması

Evə çatdırılma

Təltif olunanlar arasında o da var - Əməkdar məşqçi, Əməkdar İdman Ustası...

Sosial

15 Dekabr 2025 14:45 927


Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təltif olunan FHN əməkdaşları arasında polkovnik Füzuli Musayev də var.

"Yeni Sabah" xəbər verir ki, FHN-in idman-sağlamlıq klubunun rəisi olan Füzuli Musayev Prezident sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

 O, 2007-ci ildən isə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin rəisi vəzifəsində çalışır. Dördpendirli pizza

F. Musayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, karate üzrə 8-ci dan qara kəmər sahibi, "Tərəqqi" medallı, Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman Xadimi, Əməkdar məşqçi, Əməkdar İdman Ustası, həmçinin karate üzrə dünya və Avropa çempionudur.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!