Təmiz yuyulmamış meyvə və tərəvəzlərin fəsadları

saytların hazırlanması

Evə çatdırılma

Təmiz yuyulmamış meyvə və tərəvəzlərin fəsadları

Sağlamlıq

21 Noyabr 2022 22:20 3920


Meyvə və tərəvəzlərin tərkibindəki vitamin və minerallar sağlamlığımız üçün faydalı olsalar da, becərmə zamanı bir çox çirklənməyə məruz qalırlar.

Yenisabah.az xəbər verir ki, təmiz yuyulmamış meyvə və tərəvəzlər infeksiya və həzm pozğunluğu kimi fəsadlar törədə bilir.

Buna görə də çiy yeyilən bütün meyvə və tərəvəzlər diqqətlə yuyulmalıdır. Lakin göyərtilər bu baxımdan daha çox diqqət tələb edir. pizza sifarişi

Çünki göyərtilərin yarpaqlarında qalan mikrobları təmizləmək digər meyvə və tərəvəzlərə nisbətən daha çətindir. Yarpaqlarda qum və torpaq hissəcikləri, gübrə kimi sağlamlığımıza zərər verəcək maddələr olduğundan onların adi su ilə yuyulması bəzən kifayət etmir.

Göyərtilər yaxşıca yuyulub dezinfeksiya edilməzsə, müxtəlif bakteriya və virusların bədənimizə daxil olmasına səbəb ola bilər.

Göyərtiləri necə yumaq lazımdır?

Göyərtini təmizləməyə başlamazdan əvvəl kök hissəsini və saralmış yarpaqları çıxarmalıyıq. Kök hissəsində daha çox toz, qum və gübrə var. Buna görə də kökləri kəsmək göyərtiləri daha tez təmizləməyə kömək edir.

Kökləri kəsib çürümüş və saralmış yarpaqları təmizlədikdən sonra göyərtini yuyub təmizləyə bilərik. Amma nəzərə almaq lazımdır ki, üzərində qum və torpaq kimi görünən maddələrlə yanaşı, görünməyən bakteriyalar da var. Bu səbəbdən sonrakı mərhələdə göyərtilərimizi bu görünməyən maddələrdən təmizləməliyik. Bunun üçün ən təsirli vasitə sirkə və ya limon suyudur. Sirkə və limonun həm dezinfeksiyaedici xüsusiyyəti var, həm də təbii olduğu üçün sağlamlığa zərəri yoxdur, əksinə, faydalıdır.

Yuyulmuş göyərti 1/3 nisbətində hazırlanmış sirkə və ya limonlu su ilə doldurulmuş qabda 10 dəqiqə saxlanmalıdır. Ancaq bu gözləmə müddəti 15 dəqiqədən çox olmamalıdır. Çünki göyərtidə olan C vitamini suda həll olunaraq vitamin dəyərini itirə bilər. Bundan əlavə, vitamin dəyərini itirməmək üçün göyərti suda saxlanarkən doğranmış olmamalıdır.

Təmizlənmiş göyərtilərinizi əgər varsa, tərəvəz quruducusu ilə və ya kağız dəsmalın üzərində saxlayaraq quruda və iki həftəyə qədər ağzı sıx bağlanan, altında kağız dəsmal olan dərin bir qabda saxlaya bilərsiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!