Təmkin Xəlilzadə baş hakimə hücum edib vurmaq istədi

saytların hazırlanması

Evə çatdırılma

Təmkin Xəlilzadə baş hakimə hücum edib vurmaq istədi

İdman

19 Oktyabr 2019 19:35 1144


"Keşlə" və "Sabah" komandaları arasındakı Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra qalmaqal baş verib.

"Yeni Sabah" xəbər verir ki, qonaqların futbolçusu Təmkin Xəlilzadə oyun bitən kimi hakimlərin üzərinə yeriyib. 

Azərbaycan millisinin cinah oyunçusu baş hakim Kamal Umudlunu vurmaq istəyib. Onu komanda yoldaşları və polislər sakitləşdiriblər. Referi Xəlilzadəyə qırmızı vərəqə göstərib. pizza

Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. 90+3-cü dəqiqədə "Sabah"ın daha bir futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan qovulub. /report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!