“Temu” elektron ticarət platforması Türkiyəyə satışları dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

“Temu” elektron ticarət platforması Türkiyəyə satışları dayandırdı

Dünya

25 Yanvar 2026 15:59 639


Münasib qiymətə məhsul seçimləri ilə qısa müddətdə geniş istifadəçi kütləsinə çatan elektron ticarət platforması "Temu" Türkiyə bazarında platforma üzərindən xarici mənşəli məhsullara girişi dayandırıb.

"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, mobil tətbiq və internet saytı vasitəsilə sifariş vermək istəyən istifadəçilər artıq yalnız Türkiyədə fəaliyyət göstərən və ölkə daxilindən göndəriş edən satıcıları görə bilirlər.

İstifadəçilər axtarış etdikdə və ya məhsulları səbətə əlavə etmək istədikdə, xarici məhsullar sistemdə görünmür. pizza

Məhdudiyyət qərarının qısa müddət əvvəl "Temu"nun Türkiyə ofisində keçirilən rəsmi yoxlamalardan sonra gəlməsi diqqət çəkib.

Şirkət tərəfindən mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.

Türkiyə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!