Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimi "Twitter" sosial şəbəkəsində təhqir edən şəxs cəzalandırılıb.
"Yeni Sabah" xəbər verir ki, Ünal Y. adlı şəxsə təcrübəli mütəxəssisi təhqir etmək baha başa gəlib. O, 1 740 lirə (500 manat) dəyərində cərimələnib. Bu barədə qərarı İstanbul 47-ci Asliye Cəza Məhkəməsi verib.
Qeyd edək ki, Terimin vəkili 23 yaşlı gəncə 3 və ya 15 gündən 2 il 4 aya qədər cəza tələb edirdi. pizza hut
Telegram kanalımız