Tərtərdə icra nümayəndəliyinin binası yandı

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə icra nümayəndəliyinin binası yandı

Kriminal

04 Mart 2020 09:45 725


Tərtər rayonunda yanğın hadisəsi baş verib. "Yeni Sabah" Trend-ə istinadən bildirir ki, hadisə rayonun Azad Qaraqoyunlu kəndində qeydə alınıb. Kənd ərazisində Tərtər rayon İcra Hakimiyyətinin Azad Qaraqoyunlu kənd İcra Nümayəndəliyinin inzibati binasında yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Bölməsinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğın söndürülsə də, binanın bir hissəsi və dam örtüyü yanıb. Faktı Tərtər Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər. Qurumdan bildiriblər ki, hadisə qısaqapanmadan baş verib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!