Tərtərdə polisə müqavimət: Dörd nəfər cəzalandırıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə polisə müqavimət: Dörd nəfər cəzalandırıldı - Video

Rəsmi

16 May 2020 20:28 1451


Tərtərdə bir qrup şəxs örüş torpaqları ilə bağlı icra hakimiyyəti önündə etiraz edib. Bu barədə məlumat sosial şəbəkədə yayılıb. Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 16-da Tərtər rayonu Hüsənli kəndindən olan bir qrup sakin heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbilə toplaşıblar:

“Bununla əlaqədar kəndə gələn Rayon Polis Şöbəsinin əməkdaşları izahedici söhbətlər aparsa da, onlar öz hərəkətlərini davam etdiriblər. Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayan qrup üzvləri polisə qarşı müqavimət göstəriblər. Onların hərəkətlərinin qarşısı alınıb, ictimai asayiş tam bərpa edilib”. Dominos pizza

“Polisin qanuni tələblərinə riayət etməyən və müqavimət göstərən dörd nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar”, - deyə qurumdan qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!