"İnsanlar daha çox uşaq sahibi olmasa, sivilizasiya çökəcək. Dediklərimi yazın".
Yenisabah.az “Wall Street Journal"a istinadla xəbər verir ki, bunu Elon Mask bildirib.
O, doğum nisbətlərinin aşağı düşməsinin bəşəriyyət üçün ən böyük risklərdən biri adlandırıb. Pepperoni pizza
"Tesla və SpaceX"-in rəhbəri xəbərdarlıq edib:
“Bir çox insan, o cümlədən ağıllı insanlar dünyada çox insan olduğunu və əhalinin artımının nəzarətdən çıxdığını düşünür. Amma əslində, bunun əksi baş verir. Rəqəmlərə baxın. Əgər daha çox uşaq dünyaya gəlməzsə, sivilizasiya çökəcək, dediklərimi yazın”.
Dünya Bankının məlumatlarına görə, qlobal doğum səviyyəsi 1964-cü ildən bəri davamlı şəkildə aşağı düşür.
Telegram kanalımız