Azərbaycan Ordusunun balansında olan və istismar müddəti başa çatmış, istifadəyə yararsız döyüş sursatlarının növbəti partiyası məhv ediləcək.
Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proses noyabrın 3-7-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək. Toyuqlu pizza
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - Müdafiə Nazirliyindən qeyd olunub.
Telegram kanalımız