İsrail dərman firması "Teva"ya qarşı şok ittiham irəli sürülüb.
Yenisabah.az "The New York Times"a istinadla xəbər verir ki, 2019-cu ildə Nyu-York əyalətinin Ədliyyə Departamenti tərəfindən açılan iddiada, münsiflər heyəti İsrail əczaçılıq nəhənginin və onun bəzi bölmələrinin opioid (narkotik tərkibli - red.) əsaslı ağrı kəsiciləri sataraq və paylayaraq ABŞ-da opioid asılılığı epidemiyasına səbəb olduğuna qərar verib.
Qeyd edək ki, məhkəmədə məğlub olan şirkətin yüklü miqdarda təzminat ödəyəcəyi gözlənilir. Bu qərar, bütün şikayətçilərin "Teva"nı məhkəməyə verməsinə şərait yaradıb. pizza sifarişi
Telegram kanalımız