Teymur əminin iflic olan nəvəsini 100 min manat xilas edə bilər - Video

saytların hazırlanması

Evə çatdırılma

Teymur əminin iflic olan nəvəsini 100 min manat xilas edə bilər - Video

Sosial

01 Avqust 2023 21:47 1583


Xalq artisti Teymur Mustafayevin (Teymur əmi) öz adını daşıyan nəvəsinin köməyə ehtiyacı var.

Bu barədə Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məlumat verilib.

Avtomobil qəzası keçirən 28 yaşlı Teymur Mustafayev bir ildir ki, yataq xəstəsidir. O, əl və ayağın iflicindən, ağır onurğa beyin travmasından əziyyət çəkir. Dördpendirli pizza

Teymurun sözlərinə görə, onun müalicəsinə bir müddət qohumları dəstək olub.

“Babam sağlığında nəvələri üçün hər şeyi etdi. Yaşasaydı, məni bu vəziyyətdə qoymazdı”, - o söyləyib.

Mərhum Xalq artistinin nəvəsinin sağlamlığına qovuşması üçün 100 min manata ehtiyac var:

“Müalicəmi xaricdə davam etdirmək istəyirik. Heç olmasa əsa ilə gəzə biləcəyəm”.

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!