Teymur Rəcəbov dünya kubokunda ən azı 80 min dollar qazanacaq

saytların hazırlanması

Evə çatdırılma

Teymur Rəcəbov dünya kubokunda ən azı 80 min dollar qazanacaq

İdman

27 Sentyabr 2019 16:07 1190


Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun yarımfinal mərhələsinin ikinci görüşləri oynanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Fransa təmsilçisi Maksim Vaşye-Laqravla üz-üzə gəlib.

Şahmatçılar arasında ikinci dueldə Rəcəbov qalib gələrək finala yüksəlib. Beləliklə, o, 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirində iştirak hüququna sahib olub.  Marqarita pizza

İki çinli - Dinq Liren və Yu Yanq Li arasındakı digər yarımfinal görüşündə də qalib müəyyənləşməyib. Həmin dueldə finalçı sabah tay-breykdə müəyyənləşəcək.

Qeyd edək ki, sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaqlar. Dünya Kubokunun bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!