Teymur Rəcəbov İddiaçılar Turnirində ilk qələbəsini qazandı

saytların hazırlanması

Evə çatdırılma

Teymur Rəcəbov İddiaçılar Turnirində ilk qələbəsini qazandı

İdman

27 İyun 2022 21:40 1025


Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində ilk qələbəsini qazanıb.

Yenisabah.az xəbər verir ki, bu, IX turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşmada ağ fiqurlarla oynayan 35 yaşlı qrossmeyster rəqibi 41-ci gedişdə təslim olmağa məcbur edib.

Bu qələbə ilə Rəcəbov həm də Nakamuradan ilk dövrədəki məğlubiyyətin əvəzini çıxıb. Marqarita pizza

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa) ilə 2 dəfə, Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə 1 dəfə heç-heçə edib, Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) isə uduzub. 9 turdan sonra onun aktivində 4 xal var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!