Teymur Rəcəbov ilk final görüşündə heç-heçə etdi

saytların hazırlanması

Evə çatdırılma

Teymur Rəcəbov ilk final görüşündə heç-heçə etdi

İdman

30 Sentyabr 2019 17:59 1028


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda ilk final görüşünü keçirib.

"Yeni Sabah" xəbər verir ki, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə qarşılaşıb. Rəcəbovun ağ fiqurlarla oynadığı görüşün 33-cü gedişində tərəflər heç-heçəyə razılaşıblar. 

Reqlamentə əsasən, finalçılar hər gündə bir dəfə olmaqla, daha 3 partiya oynayacaqlar. Burada da qalib müəyyənləşməsə, oktyabrın 4-də tay-breyk keçiriləcək. Dördpendirli pizza

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Rəcəbovla Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!