Teymur Rəcəbovdan tarixi qələbə

saytların hazırlanması

Evə çatdırılma

Teymur Rəcəbovdan tarixi qələbə

İdman

04 Oktyabr 2019 16:48 1566


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun qalibi adını qazanıb.

"Yeni Sabah" xəbər verir ki, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə dueldən qalib ayrılıb. 

Şahmatçımız tay-brekdə qələbə qazanıb. 25 və 10 dəqiqəlik 4 görüşdə heç-heçə edən (2:2) T. Rəcəbov ardınca rəqibindən üstün olub. O, blitsdə iki qarşılaşmanın yekununa əsasən 2:0: hesabı ilə qalib gəlib və Azərbaycan tarixində ilk dəfə Dünya Kubokunu başı üzərinə qaldırıb.  Marqarita pizza

T. Rəcəbov eyni zamanda 110 min dollar mükafata da sahib olub. Ardıcıl ikinci dəfə finalda uduzan D. Lirenin qazancı isə 80 min təşkil edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!