Təyyarə ilə uçanların NƏZƏRİNƏ: Qəza zamanı ən təhlükəsiz yer buradır

saytların hazırlanması

Evə çatdırılma

Təyyarə ilə uçanların NƏZƏRİNƏ: Qəza zamanı ən təhlükəsiz yer buradır

Dünya

08 Fevral 2020 14:23 1322


Təyyarə qəzası zamanı sərnişinlər əgər salonda konkret yer seçərlərsə xəsarət almaq riskini azalda bilərlər.

"Yeni Sabah" Lenta.ru-ya istinadla bildirir ki, ekspertlər ən təhlükəsiz hissənin təyyarənin quyruğundakı yerləri hesab edirlər.

Araşdırmalara görə ən yüksək ölüm göstəricisi – 39 faiz – təyyarənin ortasında qeydə alınır. Bundan bir faiz az göstərici hava gəmisinin qabaq hissəsində alınıb. Ən az xəsarət alma ehtimalı (32 faiz) isə təyyarənin quyruq hissəsindədir. Sezar pizza

Bundan əlavə, “Aviation Safety Network” portalının 65 hava qəzası ilə bağlı apardığı təhlil təyyarənin arxasında daha yüksək təhlükəsizlik səviyyəsindən xəbər verir. Bu təhlilin nəticəsinə görə, həmin hissədəki oturacaqlardakı sərnişinlərin hadisələrin yarıdan çoxunda sağ qalmaq dərəcəsi 28 faizdir. /Lent.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!