“Təzə Bazar” yenidən qurulacaq -   Foto

saytların hazırlanması

Evə çatdırılma

“Təzə Bazar” yenidən qurulacaq - Foto

Sosial

10 May 2019 15:56 1387


Bakının Səməd Vurğun küçəsində yerləşən “Təzə Bazar” adlanan iaşə obyektində əsaslı yenidənqurma işləri aparılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “SkyscraperCity Azerbaijan” səhifəsində məlumat verilib.

Məlumatda yeni dizayn təkliflərinin azərbaycanlı memar Nəriman İmamalıyev tərəfindən verildiyi bildirilir. Təklif verilməsinə baxmayaraq, hələ yekun dizaynla bağlı qərar verilməyib. pizza sifarişi

Qeyd edək ki, 2017-ci ildə “Vergilər” qəzetində “Təzə bazar” Ticarət Mərkəzinin bağlandığına dair məlumat yayılmışdı. Bildirilirdi ki, “Təzə Bazar” MMC ləğv olunduğunu elan edib. Daha sonra bazarın bir hissəsinin fəaliyyətini davam etdirdiyi məlum olmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!