“Tezliklə Rusiyanın parçalanmasını görəcəyik”   - Şok iddia

saytların hazırlanması

Evə çatdırılma

“Tezliklə Rusiyanın parçalanmasını görəcəyik” - Şok iddia

Siyasət

24 Dekabr 2022 23:31 6562


“Rusiya iğtişaşlarla sarsılacaq, tezliklə parçalanacaq, Ukrayna Silahlı Qüvvələri bunun olması üçün hələ bir neçə addım atmalıdır”.

Yenisabah.az xəbər verir ki, bunu Ukrayna prezident aparatı rəhbərinin köməkçisi Mixail Podolyak deyib.

“Əlbəttə, Rusiyanın 100 min hərbçisinin həlak olması ölkənin əhalisinə təsir etməyəcək. Rusiya iğtişaşlarda boğulmalıdır. Amma bu iğtişaşlar o zaman başlayacaq ki, Rusiya siyasi elitası öz cəmiyyətini bezdirəcək, öz qorxaqlığı ilə onları qıcıqlandıracaq. Bir-iki addım qalıb: Ukrayna ərazisində bir-iki iri hərbi məqsədə çatılması, Rusiyanın siyasi dairələrində panikaya səbəb olacaq”, - Ukrayna rəsmisi bildirib. pizza

Podolyakın sözlərinə görə, Rusiya cəmiyyəti tabeçilik və qorxu prinsipi üzərində qurulub:

“Cəmiyyət tabeçiliyin və qorxunun itdiyini hiss edəcək və bundan sonra öz bacarığını Ukrayna deyil, öz ölkəsinin ərazisində göstərməyə başlayacaq.

Bankomatları qarət edəcəklər. Siz də, mən də bunu yaxın gələcəkdə görəcəyik, Rusiya imperiyasının süqutunu görəcəksiniz. Eyni zamanda, Rusiyada başqa bir dövlətin yaranmasını gözləyə bilərik”./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!