THY 3 ölkə vətəndaşlarına qadağa qoydu

saytların hazırlanması

Evə çatdırılma

THY 3 ölkə vətəndaşlarına qadağa qoydu

Dünya

11 Noyabr 2021 23:40 724


Türk Hava Yolları Misnk reyslərinə İraq, Suriya və Yəmən vətəndaşlarının qəbulunu qadağan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Polşa Prezident ofisinin nümayəndəsi Yakub Kumox deyib.

“THY təsdiqlədi ki, Minskə uçuşlarda İraq, Suriya və Yəmən vətəndaşları qəbul edilməyəcək. Yalnız diplomatik parportlar istisnadır”, - o bildirib. pizza sifarişi

Qeyd edək ki, Belarus və Polşa sərhədində yaşanan miqrant böhranına görə Türk Hava Yollarının da adı hallandırılır. İddia edilir ki, miqrantlar Belarusa Türk Hava Yollarının təyyarələrində qanunsuz olaraq daşınıb. Buna görə hətta AB türk şirkətinə sanksiyanı nəzərdən keçirir.

THY mediada yayılan bu məlumatı təkzib etmişdi./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!