Tibb bacıları xəstələrə ağıllarına gələn dərmanı vururlar -   İnfeksionist

saytların hazırlanması

Evə çatdırılma

Tibb bacıları xəstələrə ağıllarına gələn dərmanı vururlar - İnfeksionist

Sağlamlıq

29 Mart 2021 11:31 1148


"Son günlər ev şəraitində baxdığım COVİD xəstələrinin ilk həkimləri tibb bacılarıdır. Deməli 15 gün modulda işləyən tibb bacıları evdə xəstələrə ağıllarına nə dərman gəldi vururlar. Xəstələrə deyirlər ki, biz modulda hər şeyi öyrənmişik, həkimlər xəstələrə nə yazırlar biz hamısın bilirik, biz ağır xəstələri dirildirik, sizdə nə varki. Xəstələr də inanır, canların etibar edirlər tibb bacılarına. Xəstənin 10 gündür ki, yüksək qızdırması düşmür, deyirlər narahat olmayın coviddə elə belə olur".

Yenisabah.az xəbər verir ki, bu barədə infeksionist Vüqar Cavadzadə bildirib.

O qeyd edib ki, sözügedən tibb bacıları tərəfindən ehtiyac olmadığı halda xəsətələrin vena daxilinə infuziyalar yeridilir: Sezar pizza

"El dilində desək sistemlər. Mənə sistem vur bədənim yuyulsun. Digər tərəfdən də testi pozitiv çıxan, amma heç bir klinik əlaməti olmayan şəxşlərə ilk gündən deksametazon, iki antibiotik və sair kimi preparatlar vururlar. Tibb bacılarının yeni müalicəyə başlayanda təyin etdikləri digər dərmanlar bunlardır: kalsium qlükonat, essensiale, riboksin, aktovegin. Bu dərmanları yəqin həkimlər təyin edir ki, tibb bacıları da onlara baxıb öyrənirlər".

Həkimin sözlərinə görə, COVİD-də laxtalanma artığı halda xəstələrə kalsium qlükonat vururlar ki, xəstə əziyyət çəkməsin o dünyaya daha tez getsin:

"Biz hansı dövrdə yaşayırıq ki, xəstələrə essensiale vurulur. O qədər müasir hepatoprotektorlar var ki. Yaxud da aktovegin. Elmi cəhətcə sübuta yetirilmişdir ki, bu dərmanın heç bir effekti yoxdur. Digər bir məsələ. Adam gedir aptekə deyir evdə COVİD xəstəsi var, hansı dərmanlar lazımdı verin. Aptek işcisi də yığır bahalı dərmanlardan iki çanta, deyir vurun düzələgək. Xəstə yaxını da sonda görür ki, xəstəsi ağırlaşıb, boğulur. Onda yadına düşür ki, həkimə müraciət etmək lazımdır. Həkim də gəlir baxır, görür ki, xəstənin saturasiyası düşüb, vəziyyəti ağırlaşıb. Xəstə getməlidir xəstəxanaya. Xəstə də o vaxt xəstəxanaya gedir ki, artıq iş işdən keçib. Sonra da xəstə yaxınları deyirlər ki, xəstəxanada xəstəyə baxmırlar, xəstə ölür. Anlamaq istəmirlər ki, xəstəni elə demək olar evdə öldürüb gətirmisiniz.  Amma heç biri dilə gətirmir ki, xəstəni evdə əvvəl tibb bacısı müalicə edib. Sonra da deyirlər niyə bu qədər ölüm var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!