Türkiyənin İstanbul şəhərində azərbaycanlı qadın güllələnib.
“Yeni Sabah” DHA-ya istinadən xəbər verir ki, bu, Aida.A. adlı həmyerlimizdir.
Bildirilir ki, hadisə Avcılar ərazisində yerləşən özəl tibb mərkəzində baş verib. Sözügedən xəstəxananın sahibi olan Celal T. adlı həkim yanında çalışan və 3 yaşlı uşağının anası olan Aidanı tapança ilə vurub. Güllə yarası alan qadın ağır yaralayıb. Sezar pizza
Hadisə yerindən qaçmaq istəyən Celal T. isə polislər tərəfindən saxlanılıb.
Yaralı qadın həkim xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.



Telegram kanalımız