“Tofiq Yaqublu Milli Şuranın sədri olsa, yenə eyni...” - Arif Hacılı

saytların hazırlanması

Evə çatdırılma

“Tofiq Yaqublu Milli Şuranın sədri olsa, yenə eyni...” - Arif Hacılı

Siyasət

19 Noyabr 2019 20:24 1585


Müsavat başqanı Arif Hacılı Cəmil Həsənlinin Tofiq Yaqublunu Milli Şuraya sədr təklifinə münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, o, bu barədə şəxsi feysbuk hesabında yazıb.

"Hər kəsə məlumdur ki, Tofiq Yaqublu Müsavat və Milli Şuranın, AXCP-nin daha sıx əməkdaşlığının, müttəfiqliyinin tərəfdarıdır. Ümid edirəm ki, Tofiq bəy əvvəllər bu məqsədlə Müsavatdan daha çox Milli Şuranı təbliğ edirdisə, Milli Şuranın sədri olsa yenə eyni məqsədlə o təşkilatdan daha çox Müsavatı təbliğ edəcək", - deyə partiya sədri bildirib. pizza mizza

Qeyd edək ki, Cəmil Həsənli feysbuk hesabında Tofiq Yaqublunun Milli Şuranın sədri vəzifəsinə layiq bilib. O qeyd edib ki, şura üzvləri Tofiq Yaqublunun sərliyi altında fəaliyyət göstərməyə hazırdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!