Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi

Hadisə

12 Sentyabr 2020 21:10 1052


Həbsdə olan müsavatçı Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə qızı Nigar Həzi "Facebook"da paylaşıb.

"Tofiq Yaqublu indilərdə "City Hospital"a gətirilib", - deyə o bildirib. pizza

Qeyd edək ki, T.Yaqublu artıq 10 gündür aclıq etdiyini açıqlayıb.

Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Hökmdən apelyasiya şikayəti verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!