Tolikdən DİN-ə çağırış: “Biz hansı dövrdə yaşayırıq?”

saytların hazırlanması

Evə çatdırılma

Tolikdən DİN-ə çağırış: “Biz hansı dövrdə yaşayırıq?”

Şou

29 Aprel 2025 17:50 451


Tarix Əliyev (Tolik) sosial şəbəkələrdə yayılan və 4 gəncin bir oğlana zor tətbiq etdiyi görüntülərlə bağlı polisə müraciət edib.

Yenisabah.az xəbər verir ki, aparıcı hadisənin ciddiliyinə diqqət çəkərək həmin şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib:

“Hər birimiz gənc olmuşuq, dava-dalaş olub, bəlkə də kimlərləsə dava etmişik. Məktəbdə döyüşmüşük, döyülmüşük. Amma bu günə gəlib çatmışıq ki, bəzi insanlar, bu videoda gördüyünüz kimi, başqalarını təhqir edərək zorakılıq göstərirlər. Dominos pizza

Biz hansı dövrdə yaşayırıq? Bunu edənlər, görüntünü yayanlar və çəkənlər mütləq cəzalandırılmalıdır. Mən bir daha aidiyyəti orqanlardan xahiş edirəm ki, sosial şəbəkələrdə söyüş və narkotik təbliğatına qarşı mübarizə aparırsınız, belə hallar üçün də tədbir görərsiniz . Bu cür insanlar yalnız özləri deyil, ailələri də cəmiyyətə belə tərbiyəsiz uşaqlar böyütdükləri üçün məsuliyyət daşımalıdırlar. İnşallah, tezliklə bu məsələyə hüquqi qiymət veriləcək və aidiyyəti şəxslər cəzalarını alacaqlar”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!