“Topaz” kuponunun əvəzinə narkotik satan keçmiş məhkum saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

“Topaz” kuponunun əvəzinə narkotik satan keçmiş məhkum saxlanıldı

Kriminal

31 Yanvar 2020 07:09 1015


Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi, Xətai rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Amin Çərkəzov və 1992-ci il təvəllüdlü Kamran Bağırov saxlanılıb.

Onların üzərində aparılan axtarış zamanı A. Çərkəzovdan 0,303 qram, K. Bağırovdan isə 0,272 qram heroin aşkar edilib. Pepperoni pizza

Polis saxlanılan şəxslərin yeni əməllərini də ifşa edib. Belə ki, şübhəli şəxslər barəsində davam edən əməliyyat-istintaq tədbirləri nəticəsində B. Bağırov A. Çərkəzovun sifarişi ilə qazancdan əldə etdiyi pulu "Topaz" mərc oyunlarına qoyaraq qəbz verib.

Müəyyən olunub ki, narkotik vasitələrin satışından əldə olunan pullar başqa vasitələrlə satıcıya ötürülüb. (APA)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!