Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə

saytların hazırlanması

Evə çatdırılma

Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə

Hadisə

27 Sentyabr 2020 10:28 2469


Sosial şəbəkələrin Ermənistan seqmentində yayılan məlumatlara görə, Azərbaycan Ordusunun düşmənin hərbi hədəflərinə hesablanmış dəqiq artilleriya zərbələri Xankəndində də eşidilir.

“Yeni Sabah” Modern.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayır. 

Artıq işğal altındakı ərazilərimizdəki erməni hərbi birliklərində təşviş başlayıb. Onlar müdafiənin dərinliklərində Azərbaycan Ordusunun dəqiq top atışları ilə erməni hədəflərini məhv etməsindən qorxuya düşdüklərini etiraf edirlər. pizza

Azərbaycan Ordusunun artilleriya zərbələrinin Xankəndidə eşidildiyini Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan da təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!