Torreslə Premyer Liqanın 3 klubu maraqlanır

saytların hazırlanması

Evə çatdırılma

Torreslə Premyer Liqanın 3 klubu maraqlanır

İdman

22 Mart 2025 21:16 402


"Barselona"nın futbolçusu Ferran Torreslə üç İngiltərə klubu maraqlanır. 

Yenisabah.az El Nacional-a istinadla xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik ispaniyalı hücumçunu heyətində saxlamaq istəyir. Lakin rəhbərlik 25 yaşlı oyunçu üçün 40 milyon avroluq təklif gəlsə, onu buraxmağa hazırdır.

Hazırda Ferranla "Mançester Yunayted", "Liverpul" və "Aston Villa" maraqlanır.  Dominos pizza

Torresin transferindən qazanılan məbləğ "Atletik"in vingeri Niko Uilyams üçün xərclənə bilər. 

Bu mövsüm o, "Barselona"nın heyətində 32 matça çıxaraq 13 qol vurub və 3 qolun ötürməsini edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!