Tovuz rayonunda əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində müvafiq tədbirlər həyata keçirilir.
“Yeni Sabah” xəbər verir ki, özünüməşğulluq proqramı çərçivəsində ötən il 132 ailəyə müəyyən olunmuş hədd daxilində iri və xırdabuynuzlu heyvanlar, 6 nəfərə isə müxtəlif xidmət sahələrində işləmək üçün avadanlıqlar verilib.
Bu il isə müxtəlif sahələr üzrə 18 nəfər təlim kurslarına cəlb edilib. Rayonda birinci rübdə 480 yeni iş yeri açılıb. Pepperoni pizza
Həmçinin “İşsizin dostu” proqramına uyğun olaraq “DOST İş Mərkəzi” MMC tərəfindən 450 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Telegram kanalımız