Tovuzda gəlinini döyən qayınana cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda gəlinini döyən qayınana cəzalandırıldı

Hadisə

22 Noyabr 2025 16:12 461


Tovuzda gəlinini döyən qayınana cərimələnib.

"Yeni Sabah" Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qaradaş kəndində qeydə alınıb.

45 yaşlı Mətanət Əzimova (ad və soyad şərtidir) yaşadıqları evdə yaranmış mübahisə zamanı əli ilə gəlinini itələyib və vurub. O, əməlindən peşman olduğunu deyib və məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib. Toyuqlu pizza

Zərərçəkən qadın isə qayınanası ilə barışmaq niyyətində olmadığını deyərək, onun cərimələnməsini istəyib.

Hadisə barədə Mətanət Əzimova barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.

Tovuz Rayon Məhkəməsinin qərarı ilə ona 300 manat məbləğində inzibati cərimə cəzası verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!