Tovuzda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Hadisə

04 İyun 2025 18:56 538


Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndinin yaxınlığında qeydə alınıb.

VAZ-2106 və VAZ-2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. pizza

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 4-ü, saat 14:50-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (üç kişi və iki qadın) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

"Müxtəlif travmalar alan şəxslərin hər birinə zəruri tibbi xidmət göstərilib. Bir nəfərin vəziyyəti orta ağır, dörd nəfərin vəziyyəti isə stabil olaraq qiymətləndirilir. Vəziyyəti orta-ağır olan şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir",- deyə məlumatda bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!