Tovuzda kişi arvadını bıçaqlayaraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda kişi arvadını bıçaqlayaraq öldürdü

Kriminal

16 Noyabr 2022 10:15 835


Tovuz rayonunda qadının qətli ilə bağlı cinayət işi başlanılıb. 

Bu barədə Yenisabah.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, noyabrın 15-i saat 22 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü ərazisində 1985-ci il təvəllüdlü Ramilə Rüstəmovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Pepperoni pizza

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri,1987-ci il təvəllüdlü Xaliq Rüstəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ramilə Rüstəmovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xaliq Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Xeyale
    Cindir Allah belani versin qollarin qirilsin canin çıxsın bacim nece əzab ceke çeke öldu sənə onan beter ölüm arzu edirəm
    3 years ago