Tovuzda polis zabiti maşınla 17 yaşlı gənci vurdu

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda polis zabiti maşınla 17 yaşlı gənci vurdu

Hadisə

25 Noyabr 2019 19:41 1072


Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Yeni Sabah" "Trend"ə istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində olub.

Rayonun Düz Qırıqlı kənd sakini, 1997-ci il təvəllüdlü Həsənov Saleh Ələddin oğlu idarə etdiyi "KİA" markalı 99AV917 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2002-ci il təvəllüdlü Ələkbərov Süleyman Çingiz oğlunu vurub. Marqarita pizza

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən S.Həsənov Tovuz rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantıdır.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!