Tovuzda yanacaq doldurma məntəqəsinə basqın edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda yanacaq doldurma məntəqəsinə basqın edildi - Fotolar

Kriminal

19 Yanvar 2020 18:25 1545


Yanvarın 18-də Tavuz rayon Qovlar şəhər sakini Röyal Əhmədov  Daxili İşlər Nazirliyinin (DİN) 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək işlədiyi Qovlar şəhər ərazisindəki yanacaq doldurma məntəqəsində naməlum şəxsin ona küt alətlə vuraraq məntəqəyə məxsus pulu götürməsi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Yeni Sabah"a  daxil olan məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, R. Əhmədov əvvəlcədən dostları ilə planlaşdıraraq ona qarşı quldurluq hadisəsinin törədilməsini təşkil edib.

Bu işdə ona Tovuz rayon Qovlar şəhər sakinləri  Hüseyn Cəfərov və Vüsal Quliyev köməklik edib. Hər üç şəxs saxlanılaraq RPŞ-yə gətirilib. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisəsini etiraf edib. Marqarita pizza

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!