Toy karvanında avtoxuliqanlığa görə 15 sutka

saytların hazırlanması

Evə çatdırılma

Toy karvanında avtoxuliqanlığa görə 15 sutka

Kriminal

14 Noyabr 2022 16:43 952


Şəkidə avtoxuliqanlıq edən sürücü inzibati məsuliyyətə cəlb olunub.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon sakini Fuad Cəfərzadə “VAZ-2107” markalı avtomobillə dostunun toy karvanında yol hərəkəti qaydalarını, ictimai asayişi nümayişkəranə şəkildə pozub, eləcə də nəqliyyat vasitəsinə sayrışan işıqlar və saxta nömrə nişanı quraşdırıb.

O, hərəkətləri sosial şəbəkələrdə paylaşılıb. Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. pizza mizza

Məhkəmənin də qərarı ilə F.Cəfərzadə sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!