Toy nə vaxtdır?

saytların hazırlanması

Evə çatdırılma

Toy nə vaxtdır?

İdman

22 Mart 2025 16:14 6909


“Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges evlənməmələrinin səbəbləri barədə danışıb.

Yenisabah.az xəbər verir ki, o, “Mən – Corcina” adlı realiti-şouda bildirib:

“Dostlarım həmişə toy barədə zarafat edirək soruşurlar: “Toy nə vaxt olacaq?” Jennifer Lopesin “Üzük” adlı mahnısı çıxandan bəri mənə bunu oxuyurlar (həmin mahnının nəqəratında belə bir ifadə var: “Bəs üzük nə vaxt taxılacaq?” ). Amma hər şey məndən asılı deyil”. Dördpendirli pizza

Ronaldo isə bu məsələ ilə bağlı belə bir açıqlama verib: “Mən ona həmişə deyirəm ki, evlənərik. O, nə demək istədiyimi yaxşı bilir. Bu, bir ildən sonra da ola bilər, yarım ildən sonra da, hətta bir aydan sonra da. Amma mən 100 faiz əminəm ki, bu baş verəcək.”

Xatırladaq ki, portuqaliyalı futbolçu ilə Corcina 2016-cı ildən birgə münasibətdədirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!