Toya gedənlər qəzada xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Toya gedənlər qəzada xəsarət aldı

Hadisə

19 İyun 2025 17:31 357


Lənkəranda toya gedənlər qəzaya düşüb.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, 5 nəfər xəsarət alıb.

1976-cı il təvəllüdlü Fəxrəddin Mirzəyevin idarə etdiyi "Toyota Prado" markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən aşıb. Qəza nəticəsində sürücünün ailə üzvləri və yaxın qohumları 1980-cı il təvəllüdlü Yeganə Alişanova, 2003-cü il təvəllüdlü Afət Mirzəyeva, 2005-ci il təvəllüdlü Fəxriyyə Mirzəyeva, 1966-cı il təvəllüdlü Tahirə Alişanova və 2012-ci il təvəllüdlü A.Məmmədov xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Sezar pizza

Ailə Lerik rayonuna toy məclisinə gedirmiş.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!