Gəncədə 30 yaşlı qadın dəm qazından boğularaq ölüb.
"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən 6 saylı binada baş verib. Həmin binada yaşayan 1988-ci il təvəllüdlü İsayeva Şəfəq Niyazi qızı vanna otağında dəm qazından boğulara ölüb. Məlumata görə, 3 uşaq anası olan qadın bu gün yaxınlarından birinin toyuna hazırlaşarkən vanna otağında boğulub.
Faktla bağlı araşdırma aparılır. /qafqazinfo pizza
Telegram kanalımız