Toyda içib əmisi oğlunun kafesini dağıtdı

saytların hazırlanması

Evə çatdırılma

Toyda içib əmisi oğlunun kafesini dağıtdı

Hadisə

31 May 2025 16:58 469


Sabirabadda sərxoş kişi toydan çıxıb kafeyə hücum edib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Həşimxanlı kəndində baş verib.

Kənd sakini Faiq Hüseynov qohumunun toyunda spirtli içki qəbul edib sərxoş vəziyyətdə kənd ərazisində, əmisi oğluna məxsus kafeyə gəlib. O, kafedə əyləşərək əmisi nəvəsi Namil Hüseynovu çağırıb və ona çay süzməsini əmr edib. Namil çayniki onun qarşısına qoyaraq stəkana özünün süzməsini istəyib. Nəticədə qohumlar arasında mübahisə yaranıb, F.Hüseyov çayniki və stəkanı Namil Hüseynova tərəf tullayıb. pizza mizza

Müştərilər onu sakitləşdirib kafedən çıxarsa da, o, sonradan geri qayıdaraq kafedə olan bütün stəkanları, pivə bokalları və boşqabları qırıb. Bununla ürəyi soyumayan Faiq Hüseynov Namili baş zərbəsi ilə vuraraq, ona xəsarət yetirib.

Məhkəmə istintaqı müddətində qohumlar barışıblar.

Məhkəmə tərəflərin barışdığını nəzərə alaraq F.Hüseynova 1000 manat cərimə cəzası təyin edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!