“Toylara getməyə can atmıram”

saytların hazırlanması

Evə çatdırılma

“Toylara getməyə can atmıram”

Şou

17 Aprel 2025 15:09 298


“Çox can atmaram ki, filan toya gedirəm. Qarşıda o qədər başqa tədbirlərim, toyum var ki, can atsam da, getmək istəsəm də belə gedə bilmirəm. O mənim günahım deyil. Biz xalqa məxsusuq. Sənin toyuna bu gün gələ bilmirəmsə, deməli, başqa adamın toyundayam. Mənim üçün nə fərqi - xalqım, millətimsiniz”.

Yenisabah olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostləliyeva “Evdəkilərə salam” verilişində deyib.

O bildirib ki, daha çox şəhid ailələrin tədbirlərində və məclislərində iştirak edir: Dördpendirli pizza

“Dəvət aldığım hər bir tədbirə gedirəm. Xüsusi ilə şəhid ailəlirin tədbirlərində görünürəm. Analarla daha çox görüşürəm. Həyat şəhid ailələri ilə bizi görüşməyə daha çox qismət etdi. Amma mən onların toylarında da, gözəl günlərində də iştirak edirəm. Deyirlər ki, elin bir başı şənlik bir başı isə şər olar. Biz sənət adamları sizin üçün yaşayırıq, yaradırıq, bacardığımız qədər sizin tədbirlərinizdə iştirak etməyə çalışırıq. Əgər vaxt tapa bilmiriksə bu bizim günahımız deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!