TQDK-nın sabiq sədrindən sazlı şeir ifası -   Video

saytların hazırlanması

Evə çatdırılma

TQDK-nın sabiq sədrindən sazlı şeir ifası - Video

Sosial

30 May 2019 08:35 1052


TQDK-nın sabiq sədri Vurğun Əyyub Məmməd Arazın şeirini sazın müşayiəti ilə ifa edib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Ümid partiyasının sədri paylaşım edib. O, fikirlərini bu sözlərlə ifadə edib:

"Bu gecə ürəyi Vətən sevgisiylə dolu olan bir kişinin Azərbaycana ağı deməyinin şahidi oldum. Böyük Məmməd Arazın şeri ilə Vətənimizi ağlayırdı, daha qışqırmırdı, mübarizəyə də səsləmirdi. Heç şeirdəki o üsyan ruhu da yox idi qiraətində. Ruhani havasının həzin sədası altında özünü də, arzularını da, Azərbaycanımızı da səssiz-səssiz dəfn edirdi sanki.... Sanki hamıya "durun" deyərək yalvarırdı - eynən "Dədə Qorqud" filmində Aruza yalvaran Qorqud ata kimi... P. S. Yüz yaşa, Vurğun Əyyub. Sənin bu ağını sevgi nəğməsinə çevirmək də bizim boynumuzun borcu, böyük kişi.....". Pepperoni pizza

Həmin videonu təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!