Təbrizin “Traktor” klubu “Barış Pınarı”na dəstək olduğu üçün federasiyanın cəzalandırdığı Mehdi Bebriyə dəstək olub.
“Yeni Sabah” xəbər verir ki, yüksək liqa təmsilçisi “Tvitter” hesabında İran Futbol Federasiyasının qərarına etiraz edib:
“İstiqlal” klubunda çıxış edən Voria Qafuri “Instagram” hesabında “Save Rojava” yazmış və Türkiyəyə xoş olmayan sözlər qeyd etmişdi. Buna baxmayaraq, o, cəza almamışdı. Biz bütün gücümüz və azarkeşlərimizlə futbolçularımızın arxasında dayanmışıq". Marqarita pizza
Qeyd edək ki, İran Futbol Federasiyası Türkiyənin “Barış Pınarı”na dəstək olduğu üçün Mehdi Bebrini bir müddət futboldan kənarlaşdırıb və paylaşımını “İnstagram”dan silməyə məcbur edib.
Telegram kanalımız