Tramp administrasiyası 48 xarici diplomatik nümayəndəliyin rəhbərini geri çağıracaq

saytların hazırlanması

Evə çatdırılma

Tramp administrasiyası 48 xarici diplomatik nümayəndəliyin rəhbərini geri çağıracaq

Siyasət

22 Dekabr 2025 23:32 601


ABŞ Prezidenti Donald Trampın administrasiyası Asiya, Afrika, Şərqi Avropa, Mərkəzi və Cənubi Amerika ölkələrindən 48 səfiri geri çağırmaq qərarına gəlib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “The New York Post” mənbələrə istinadən məlumat verib.

"Bu, istənilən administrasiyanın standart prosedurudur. Səfir prezidentin şəxsi nümayəndəsidir və prezidentin bu ölkələrdə "Hər şeydən əvvəl ABŞ" ideyasını təbliğ edən şəxslərin olmasını təmin etmək səlahiyyəti var", - qəzet Dövlət Departamentinin sözçüsünə istinadən bildirib. Pepperoni pizza

Qəzet həmçinin qeyd edib ki, Tramp administrasiyası hələ də ABŞ-ın əsas tərəfdaşları olan ölkələrdə daimi diplomatik nümayəndəlik rəhbərləri təyin etməyib. Xüsusilə, Avstraliya, Almaniya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və ya Ukraynada ABŞ səfirləri yoxdur./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!