Tramp Ağ Evdə Əhməd Əl Şaraa ilə görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Tramp Ağ Evdə Əhməd Əl Şaraa ilə görüşəcək

Siyasət

01 Noyabr 2025 22:59 381


Noyabrın 10-da ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı qəbul edəcək.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak "Axios"un müxbirlərinə bildirib.

Məlumata görə, Əl-Şaraanın Vaşinqtona səfəri zamanı Suriyanın İŞİD terror qruplaşması ilə mübarizə aparan ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulması ilə bağlı sənədlər imzalayacağı gözlənilir. pizza hut

Xəbərdə bunun Suriya prezidentinin Ağ Evə ilk səfəri olacağı vurğulanır.

Barrak aydınlaşdırıb ki, Əhməd Əl Şaraanın Trampla görüşündən sonra Suriya və İsrail arasında danışıqların növbəti mərhələsinin baş tutacağı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!